Varikoz damarlarının qarşısının alınması üçün 5 qayda
Varikoz damarlarının qarşısının alınması
Varikoz – damar divarının nazikləşməsi və elastikliyinin azalması olan bir vəziyyətdir. Damarların bu vəziyyəti dərinin səthində görünməyə səbəb olur.
Varikoz genişlənmiş damarlarının inkişaf riskini azaltmaq və qarşısının alınması üçün sadə qaydalara riayət etmək tövsiyyə edilir.
Qaydalar
1-ci qayda
Hərəkət etmək – bu varikoz genişlənmiş damarlarının qarşısının alınması üçün əsas qayda hesab edilir. Gün ərzində daha aktiv hərəkətlər etdikdə, varikoz genişlənmiş damarlarının inkişaf riski aşağı olur.
Aktiv hərəkətlərin çox olması
əzələlərin, qan damarlarının və ürəyin düzgün işləməsi eləcə də varikozun inkişafının azaldılmasıdır. Yəni, bir saat ərzində parkda adi bir gəzinti yuxarıda qeyd olunanları təmin edir.
Aşağı ətraf varikoz genişlənmiş damarları da daxil olmaqla bir çox xəstəliyin olma ehtimalı azalır.
2-ci qayda
Rahat ayaqqabı ayaqların sağlamlığının qorunması üçün vacib şərtdir. Qadınlar üçün ayaqqabının daban hündürlüyü 3-4 sm-dən çox olmamalı və boş olmalıdır. Çünki dar ayaqqabı ayaqlarda qan axının pozulmasına səbəb olur və beləliklə varikoz xəstəliyinin inkişafına gətirib çıxara bilər. Bundan əlavə fleboloqlar təbii materiallardan hazırlanmış ayaqqabıların seçiminə üstünlük verirlər.
3-cü qayda
Ayaq damarlarının tonunu qorumaq üçün ən uyğun sıxılma profilaktik trikotaj hesab edilir. Sıxılma trikotaj corab yalnız ixtisaslaşmış mağazalardan əldə edilə bilər. Ayaqların ölçülərinə əsasən sıxılma forması seçərkən tibb işçilərinə kömək üçün müraciət etmək lazımdır. Onlar ayaqların həcmini ölçür və ən optimal seçim təklif edirlər. Sıxılma trikotajlarının görünüşü adi neylon məhsullarından fərqlənmir. Trikotaj corabların müxtəlif növləri vardır: kalkotka, uzun corab ve corab.
4-cü qayda
Həyat tərzini dəyişmək. Çox vaxt ofis şəraitində oturma mövqeyində işləmək səbəb ilə xəstəliyin inkişafının daha yüksək olması risk olur. Bu vəziyyətdə mümkün olduğu qədər iş şəraitini dəyişdirmək daha yaxşıdır.
5-ci qayda
Kontrastlı duş qəbul etmək damarların tonunu saxlamağa kömək edir. Kontrastlı duş soyuq və isti suyun alternativ bir üsuludur. Evdə kontrastlı duş qəbul etmək üçün bir az hazırlıq lazımdır. Ümumiyyətlə dəri üçün belə bir prosedur hazırlığı vacib lazımdır. Kiçik bir temperatur fərqi ilə başlamaq və getdikcə artırmaq məsləhət görülür.
Yazı ilə bağlı suallarınız var?
Bunları da bəyənə bilərsiniz
Aşağı ətraflarda şikayətlər olduqda nə etmək lazımdır?
Aşağı ətraflarda şikayətlər olduqda nə etmək lazımdır? Axşam saatlarında ayaqlarda şişkinlik, ağrı…
Hirudoterapiya necə həyata keçirilir?
Varikoz damarlarının müalicəsində zəlilər Uzun müddətdir ki, zəlilər müəyyən xəstəliklərin müalicəsinin tərkib…
Varis damarları nə üçün çox təhlükəlidir?
Varis damarları nə üçün çox təhlükəlidir? arı yaranmasına səbəb olur. İlk simptomlar…